Fransada kəskin soyuqlar - 3 nəfər ölüb
Fransada davam edən anomal soyuqlar nəticəsində 3 nəfər həlak olub. Məlumata görə, təbiət hadisəsinin qurbanları evsizlər olub. Kəskin soyuqlar Fransanın bütün ərazisində hökm sürür. Ölkənin şimal və şərq regionlarında mənfi 10 dərəcə, cənub-qərbdə isə mənfi 7 dərəcə şaxta qeydə alınıb.
27 Fevral 2018 12:34 DünyaFransada davam edən anomal soyuqlar nəticəsində 3 nəfər həlak olub. Məlumata görə, təbiət hadisəsinin qurbanları evsizlər olub. Kəskin soyuqlar Fransanın bütün ərazisində hökm sürür. Ölkənin şimal və şərq regionlarında mənfi 10 dərəcə, cənub-qərbdə isə mənfi 7 dərəcə şaxta qeydə alınıb.
Proqnozlara əsasən ən soyuq günlər bu gün və sabah qeydə alınacaq. Kəskin hava şəraitinin gələn həftənin əvvəlinədək davam edəcəyi bildirilir. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31