Bətnindəki körpəsini 50 il dünyaya gətirmədi

Mərakeşli qadın Zəhra Əbutalıb hardasa 50 il boyunca qarnında uşağını daşıyıb. 1955-ci ildə xəstəxanaya doğuş üçün yerləşdirilən Zəhra qeysəriyyə bölümündə başqa bir qadının ölmək üzrə olduğunu görüncə doğuşa girməkdən vaz keçib. Ağrıları sona çatandan sonra Zəhra körpəsini "yatan körpə" olaraq düşünüb. 

Mərakeş xalq inanclarına görə, qadınların heysiyyatını qorumaq üçün uşaqlar ana bətnində yata bilər. Amma 75 yaşına çatanda Zəhra yenə dayanılmaz ağrılar çəkməyə başlayıb. Həkimlərin ultraşüa çəkilişlərindən sonra uşağın ana bətnində öldüyü üzə çıxıb. İşin möcüzəvi tərəfi isə odur ki, Zəhranın bədəni qarnındakı ölü körpəni bir orqan kimi qəbul edib, funksiyalarına davam edib. Amma 50 il sonra qadının qarnındakı körpə böyüyüb və ətrafdakı orqanlara ziyan verməyə başlayıb.

Nəticədə əməliyyat 5 saat boyunca davam edib və qadının bətnindən "körpə"ni çıxarıblar. Bu cür hallar tibdə çox nadir halda baş verir. "Journal of Royal Society of Medicine" jurnalının yazdığına görə, bu istiqamətdə ancaq 290 hadisə qeydiyyata alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31