Maşını uşaqların üstünə sürdü
23 Fevral 2018 09:01 DünyaSlovakiyanın şimal-şərqində Poprad şəhərində bədbəxt hadisə baş verib. Naməlum sürücü minik maşınını yaşı 5-12 arası olan uşaqların üstünə sürüb.
Qəza nəticəsində 12 uşaq xəsarət alıb. Bu barədə yerli polis nümayəndəsi Daniel Cobanik jurnalistlərə məlumat verib.
İlkin araşdırma nəticəsində sürücünün qanında alkoqol tapılmayıb. Böyük ehtimalla dönmə manevri zamanı sürücü idarəetməni itirib və maşın uşaqların üstünə istiqamətlənib. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Xilasetmə əməliyyatına iki helikopter və bir neçə təcili yardım maşını cəlb olunub. Polis insidenti araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31