Sankt-Peterburqda terror aktının qarşısı alındı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt-Peterburqda terror aktının qarşısını alıb. Bu barədə FTX-nın mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, saxlanılan Orta Asiya respublikalarından birinin vətəndaşı nəqliyyat infrastrukturuna aid obyektlərdə və insanların çox olduğu digər ictimai yerlərdə terror aktı törətməyi planlaşdırırmış. FTX-nın hazırda əməliyyat-axtarış və istintaq tədbirlərini davam etdirdiyi bildirilir. Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmır. Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31