Moskva “Novorossiya”nı canlandırır: Yeni savaş!

Moskva Novorossiya layihəsinə yenidən qayıtmaq qərarına gəlib. Bu iddia ilə qondarma Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri İqor Qirkin (Strelkov) söyləyib.

Moskva Novorossiya layihəsinə yenidən qayıtmaq qərarına gəlib. Bu iddia ilə qondarma Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri İqor Qirkin (Strelkov) söyləyib.

"Rusiya KİV-ləri və siyasi texnoloqlarına komanda verilib ki, sürətli şəkildə Minsk razılaşmasının alternativsizliyi ritorikası tam dəyişdirilsin. Əmr edilib ki, zibil qutusundan "Novorossiya" termini çıxarılsın və o, yenidən kütləyə təqdim edilsin. Kreml bu layihədən yenidən Poroşenkoya qarşı istifadə etmək istəyir. Novorossiya ilə Kiyevi 1-2 il əvvəl qorxutmaq olardı, amma indi yox. Böyük müharibəyə hazırlıq artıq başlayıb və müharibənin başlanması sadəcə zaman məsələsidir", - deyə o bildirib.

Qeyd edək ki, Novorossiya layihəsi Donetsk və Luqanskdakı qondarma rejimlərin birləşdirilib, konfederativ ittifaq yaradılmasını nəzərdə tutur. 2014-cü ilin iyununda ortaya çıxan bu layihə 2015-ci yazında qeyri-müəyyən zamana qədər dondurulub.  Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31