ABŞ-da məktəb faciəsi: qatil əvvəlcədən hazırlaşıbmış - VİDEO

ABŞ-ın Florida ştatındakı Parklend şəhərində orta məktəbi qan glünə döndərən və 17 nəfəri güllələyərək qətlə yetirən 19 yaşlı Nikolas Kruz ona qarşı irəli sürülmüş ittihamları qəbul edib.

ABŞ-ın Florida ştatındakı Parklend şəhərində orta məktəbi qan glünə döndərən və 17 nəfəri güllələyərək qətlə yetirən 19 yaşlı Nikolas Kruz ona qarşı irəli sürülmüş ittihamları qəbul edib.  Kruzun dediyinə görə, AR-15 avtomatik tüfəngi ilə "Marjory Stoneman Douglas" məktəbinin ərazisinə daxil olub, dəhlizlərdə və otaqlarda şagirdlərə atəş açmağa başlayıb. O, bel çantasında ehtiyat güllə daraqları da apardığını deyib.

"Əynimdə gülləkeçirməyən jilet də vardı. Şagirdləri atəşə tutandan sonra kütləyə qarışmaq və aradan çıxmaq istəyirdim", - N.Kruz deyib. Ona qarşı 17 bənddən ibarət ittiham irəli sürülüb. Nikolas Kruz gülləbaran etdiyi məktəbin şagirdi olub, lakin intizam qaydalarını pozduğuna görə məktəbdən qovulub. Onun vəkilinin dediyinə görə, Kruz həbsxanada çox güclü nəzarət altında saxlanılır. Ona hərəkəti məhdudlaşdıran və bədənin ən önəmli əzalarını qoruyan jilet geyindirilib. Polis Kruzun intihar edə biləcəyindən çəkinir. Brouard dairəsinin meri Bim Farrın dediyinə görə, Kruz əvvəllər psixi xəstəliklərdən müalicə olunub.

Daily Beast isə yazır ki, N.Kruz irqçi təşkilatla bağlı ola bilər və silahları da həmin təşkilatlardan ala bilər. Ağdərililərin üstünlüyü ideyasını təbliğ edən "Florida Respublikası" (ROF)  qrupunun lideri Cordan Cereb də təsdiqləyib ki, Kruz onların toplantılarında iştirak edib: "Kruzun silahı da ROF üzvlərindən birində alması mümkündür". 17 yaşlı Coşua Çaro isə bildirib ki, Nikolas Kruz JROTC proqramında atıcılıq kursu keçib. JORTC-un 1- dərsdən ibarət kursunda odlu silahlardan atəş açmaq öyrədilir.

Məktəbdə gülləbaran törətməzdən əvvəl Krus evin həyətində, başında "Make America Great Again" yazılmış beyskbolkada "məşq" də edibmiş. O, həmin məşqin videosunu İnstagram-dakı profilində paylaşıb. Milli.az ABC-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31