NATO-nun rəsmi himni təsdiqləndi
Şimali Atlantika Alyansı özünün rəsmi himnini təsdiqləyib. Bununla bağlı NATO-nun saytında məlumat verilir. Qeyd edilir ki, təşkilatın əvvəllər də öz himni olub. Lakin o, rəsmən təsdiqlənməyib. Xüsusən 1989-cu ildə NATO ilə bağlı tədbirlərdə kapitan, Lüksemburq Hərbi Orkestrinin dirijoru Andre Reyxlinq tərəfindən bəstələnmiş mahnı ifa edilib.
5 Yanvar 2018 09:25 DünyaŞimali Atlantika Alyansı özünün rəsmi himnini təsdiqləyib. Bununla bağlı NATO-nun saytında məlumat verilir.
Qeyd edilir ki, təşkilatın əvvəllər də öz himni olub. Lakin o, rəsmən təsdiqlənməyib. Xüsusən 1989-cu ildə NATO ilə bağlı tədbirlərdə kapitan, Lüksemburq Hərbi Orkestrinin dirijoru Andre Reyxlinq tərəfindən bəstələnmiş mahnı ifa edilib.
Saytda bildirilir ki, yeni himnin sözləri yoxdur və o, 20 musiqi aləti - üç saksafon, təbil, fleyta, qoboy, iki klarnet və s. üçün bəstələnib. Publika.az