BMT Təhlükəsizlik Şurasından  İranla  bağlı  QƏRAR

BMT Təhlükəsizlik Şurasının İranda yaranmış vəziyyətlə bağlı iclası bu gün - yanvarın 5-də keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti"yə diplomatik mənbə xəbər verib.

Xəbərdə bildirilir ki, iclas saat 15:00-da başlayacaq.

"İran üzrə BMT Təhlükəsizlik Şurasının iclası cümə günü, saat 15:00-da başlayacaq və açıq formatda keçiriləcək", - deyə müsahib bildirib.

Daha əvvəl ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyl bildirib ki, Birləşmiş Ştatlar İrandakı vəziyyətlə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının və İnsan Haqları üzrə Şurasının təcili iclasını çağıracaq.

Rusiyanın Xarici İşlər Nazirliyində bu ideyanı zərərli və destruktiv adlandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31