Ərdoğana sui-qəsd planı: 9 nəfər həbs edildi

Yunanıstanın paytaxtı Afina şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsdə hazırlaşan 9 nəfər saxlanılıb. Bu barədə “To Vima” qəzeti informasiya yayıb.

Yunanıstanın paytaxtı Afina şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsdə hazırlaşan 9 nəfər saxlanılıb. Bu barədə "To Vima" qəzeti informasiya yayıb.

Məlumata görə, yunan polisinin uğurlu əməliyyatı nəticəsində basğın edilmiş evlərdən birində Ərdoğana qumbaraatan, əl qumbarası və Molotov kokteylləri ilə sui-qəsd təşkil etmək barədə qeydlər tapılıb. "Əqrəb" kod adlı plana əsasən prezident kortejinin keçidi zamanı 2 tərəfdən qumbaraatanlarla hücum edilməsi, daha sonra isə hücuma arxadan dəstək verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, saxlanılan 9 nəfərin DHKP-C təşkilatının üzvləri olduqları bildirilib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31