41 illik ailə həyatlarına bir məhkəmə ilə son qoyuldu
17 Dekabr 2017 09:40 Dünya"Leyla və Məcnun" serialında "Ağ saqqalı dədə" obrazı ilə tanınan aktyor Köksal Engürlə həyat yoldaşı Jalə Engür 41 illik ailə həyatılarına son qoyublar.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 63 yaşlı Jalə 71 yaşlı ərindən boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Tərəflər proses zamanı bir-birinə qarşı hər hansı maddi və mənəvi təzminat tələbi irəli sürməyiblər. Qarşılıqlı şəkildə razılaşaraq boşandıqlarını deyən Jalə və Köksalın 41 illik ailə həyatı mübahisəsiz bitib.
Qeyd edək ki, Köksalla Jalə 1976-cı ildə ailə qurub. Cütlüyün 35 yaşlı bir qızı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31