Saakaşvili  barışıq məktubu göndərib

Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidenti Petr Poroşenkoya məktub göndərib. Saakaşvili məktubda barışıq təklif edib. “Poroşenkoda məktub var. Mişa (Mixeil – red) deeskalasiya təklif edir, – deyə mənbə bildirib. Saakaşvilinin “Yeni qüvvələr hərəkatı” partiyasından bununla əlaqədar bildiriblər ki, təşkilat liderinin dövlət başçısına məktub yazıb-yazmamasından xəbərsizdirlər.

Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidenti Petr Poroşenkoya məktub göndərib.

Saakaşvili məktubda barışıq təklif edib. "Poroşenkoda məktub var. Mişa (Mixeil - red) deeskalasiya təklif edir, - deyə mənbə bildirib.

Saakaşvilinin "Yeni qüvvələr hərəkatı" partiyasından bununla əlaqədar bildiriblər ki, təşkilat liderinin dövlət başçısına məktub yazıb-yazmamasından xəbərsizdirlər.

Qeyd edək ki, Mixeil Saakaşvili az öncə Ukraynanın bütövlüyünü qoruyub saxlamaq üçün prezident Pyotr Poroşenko ilə razılığa gəlməyin lazım olduğunu bildirib. "Biz hamımız bir istiqaməti tutmalıyıq, o barədə danışmalıyıq, o cümlədən onunla. Lakin eyni zamanda biz ölkəni çəkişdirməmək barədə razılığa gəlməliyik", - deyə Saakaşvili əlavə edib. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31