Tillerson: "Rusiyada təqribən 35 min Şimali Koreya vətəndaşı işləyir"
13 Dekabr 2017 06:00 DünyaŞimali Koreyanın çoxlu sayda vətəndaşı Rusiya ərazisində hələ də işləyir, onların sayı təqribən 35 mindir.
"Report" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonda Atlantika Şurasında çıxışı çərçivəsində deyib.
"Bizim bu işçi qüvvəsi axınını dayandırmaq üçün nazir Lavrovla çoxlu səciyyəvi danışıqlarımız olub. Bu, böyük rəqəmdir - bu gün Rusiyada Şimali Koreyadan təqribən 35 min işçi var", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31