DƏHŞƏT: 6 yaşlı qız təcavüzdən sonra öldü
13 Dekabr 2017 03:41 DünyaHindistanın Harayana əyalətində 6 yaşlı qız cinsi təcavüzə uğradıqdan sonra öldürülüb.
Publika.az xəbər verir ki, bu hadisə ölkədə böyük etiraz aksiyalarına səbəb olub.
Cəsədi evinin yaxınlığında tapılan azyaşlının bədənindəki yara izləri insanları dəhşətə gətirib. Azyaşlının anası polisin hələ də günahkarları tapmadığını bildirib. Etirazlardan sonra Hindistan hökuməti cinayətlə bağlı xüsusi istintaq qrupu yaradıb. Azyaşlının ailəsi isə yerli polisə güvənmədiyini deyib, cinayətin federal polis tərəfindən araşdırılmasını tələb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31