“Samsung” şirkəti “Galaxy Note 8” smartfonunu daxili “VPN” şəbəkəsi ilə təchiz edəcək

Sistem yeniləməsinin köməyi ilə “Galaxy Note8” smartfonunda daxili “VPN” şəbəkəsini aktivləşdirmək olar. Cənubi Koreya şirkəti sistemin sonuncu yeniləməsi ilə “Galaxy Note 8” smartfonuna daxili “VPN” funksiyasını əlavə edib. Funksiyadan həm pulsuz, həm də pulla istifadə mümkündür.

Sistem yeniləməsinin köməyi ilə "Galaxy Note8" smartfonunda daxili "VPN" şəbəkəsini aktivləşdirmək olar. Cənubi Koreya şirkəti sistemin sonuncu yeniləməsi ilə "Galaxy Note 8" smartfonuna daxili "VPN" funksiyasını əlavə edib. Funksiyadan həm pulsuz, həm də pulla istifadə mümkündür.

"Secure Wi-Fi" funksiyası sayəsində "Galaxy Note 8" qurğusunun sahibləri "VPN" şəbəkəsini aktivləşdirərək öz simsiz qoşulmasını müdafiə edə bilər. Smartfonun sazlamasına inteqrasiya edilmiş proqram internet trafikini şifrləyəcək və saytlar tərəfindən izləməni deaktiv edəcək.

"Samsung" şirkəti "Note8" qurğu sahiblərinə hər ay pulsuz 250 Meqabayt şifrlənmiş trafik təklif edib, aktiv istifadəçilər qeyri-məhdud müdafiə paketini (məsələn, gündəlik (0,99 avro) və ya aylıq (1,99 avro) limitsiz paketi qoşmaq kimi) seçə bilərlər. "ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31