Müsəlmanlar Avropada: Avropastan, yoxsa?.. - STATİSTİKA

ABŞ-ın nüfuzlu "Pew Research Center" mərkəzi "Avropada müsəlman əhalinin artımı" (Europe's Growing Muslim Population) adlı hesabat hazırlayıb. Hesabatda 2050-ci ilədək Avropada müsəlman əhalinin artımının 3 ssenarisi nəzərdən keçirilib.

ABŞ-ın nüfuzlu "Pew Research Center" mərkəzi "Avropada müsəlman əhalinin artımı" (Europechr("39")s Growing Muslim Population) adlı hesabat hazırlayıb. Hesabatda 2050-ci ilədək Avropada müsəlman əhalinin artımının 3 ssenarisi nəzərdən keçirilib.

Amerikalı alimlərin hesablamalarına görə, son iki ildə Avropa Birliyi ölkələrində müsəlmanların sayının kəskin artımı miqrant axını ilə bağlıdır. 2016-cı ilin ortalarında AB ölkələrinin əhalisinin 25,8 milyon nəfəri və ya 4,9 faizi müsəlmanlar idi.

Ekspertlər hesablamalara və statistikaya əsaslanaraq Avropada müsəlmanların artımının 3 model ssenarisini hazırlayıblar:

1-ci ssenari. Əgər Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropa Birliyi ölkələrinə miqrant axını maksimum dərəcədə zəifləyərsə, yaxud dayanarsa, 2050-ci ildə AB ölkələrinin əhalisinin 7,4 faizi müsəlmanlar olacaq.

2-ci ssenari. Avropa Birliyi ölkələrinə miqrant axını orta səviyyədə qalacaq və nəticədə 2050-ci ildə AB əhalisinin 11,2 faizini müsəlmanlar təşkil edəcək.

3-cü ssenari.  Miqrant axınının intensivliyi və miqyası 2014-2016-cı illər arasında olduğu səviyyədə qalarsa, 21-ci əsrin ortalarında AB ölkələrində müsəlman əhalinin sayı 14 faizə çatacaq. Bu isə indiki göstəricilərdən təqribən 3 dəfə artıqdır.

Hesabatda əhalisi arasında müsəlmanların sayının daha sürətlə artacağı ölkələr də sadalanıb. Bu reytinqə İsveç başçılıq edir. İsveçdə müsəlmanların sayı bəhs olunan ssenarilərdən asılı olaraq 8-31 faiz arasındakı miqyasa çata bilər.

Avropa Birliyi ölkələrində indi 25,77 milyon müsəlman yaşayır.

Hazırda müsəlmanların ən çox yaşadıqları ölkələr

1. Fransa - 5,72 milyon (əhalinin 8,8 faizi)

2. Almaniya - 4,95 milyon (6,1 faiz)

3. Britaniya - 4,13 milyon (6,3 faiz)

4. İtaliya - 2,87 milyon (4,8 milyon)

5. Hollandiya - 1,21 milyon (7,1 milyon)

6. İspaniya - 1,18 milyon (2,6 faiz)

2050-ci ildə müsəlmanların ən çox olacaqları ölkələr

1. Almaniya - 17,49 milyon (əhalinin 19,7 faizi)

2. Britaniya - 13,48 milyon (17,2 faiz)

3. Fransa - 13,21 milyon (18 faiz)

4. İtaliya - 8,25 milyon (14,1 milyon)

5. İsveç - 4,45 milyon (30,6 faiz)

6. İspaniya - 2,81 milyon (7,2 faiz)

7. Hollandiya - 2,79 milyon (15,2 faiz)

8. Belçika - 2,58 milyon (18,2 faiz)

9. Avstriya - 2,12 milyon (19,9 milyon)

10. İsveçrə - 1,52 milyon (12,9 milyon)

11. Norveç - 1,32 milyon (17 faiz)

12. Danimarka - 1,1 milyon (16 faiz).

Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31