Batumidə hoteldə güclü yanğın: Ölənlər var – YENİLƏNİB
Batumidə hoteldə baş vermiş yanğın nəticəsində 21 nəfər xəsarət alıb və onlar xəstəxanalara yerləşdirilib. Bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Zaza Sopromadze deyib. O bildirib ki, onlardan biri yanğınsöndürəndir. Nazir müavini xəsarət alan şəxslərin həyatlarının təhlükədə olmadığını qeyd edib.
25 Noyabr 2017 12:56 DünyaBatumidə hoteldə baş vermiş yanğın nəticəsində 21 nəfər xəsarət alıb və onlar xəstəxanalara yerləşdirilib.
Bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Zaza Sopromadze deyib.
O bildirib ki, onlardan biri yanğınsöndürəndir. Nazir müavini xəsarət alan şəxslərin həyatlarının təhlükədə olmadığını qeyd edib.
Baş vermiş faciə ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, parlamentin spikeri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze başsağlığı veriblər.
Yanğın baş vermiş "Leogrand" hotelinin türkiyəli iş adamı Erol Avgörenə məxsus olduğu bildirilir.
22:42
Batumidə "Leogrand" hotelində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.
Bu barədə şəhərin təcili tibbi yardım xidmətindən bildirilib.
Hotelin elektrik enerjisi ilə təchizatı dayandırılıb. İnsanların təxliyəsi davam etdirilir. Hoteldə "Miss Gürcüstan 2017" müsabiqəsinin iştirakçıları da olub. Onlar xəsarət almayıblar.
Yanğının hotelin mətbəxlərindən birində baş verdiyi bildirilir. Apa