“Threat Intelligence” korporativ servisi təqdim olunub

"Eset" beynəlxalq antivirus şirkəti müştəriləri məqsədli hücumlar, yeni zərərli proqramlar və botnetlərin aktivliyi barədə xəbərdar etməklə təşkilatlara kibertəhlükələrə vaxtında reaksiya verməyə kömək edəcək "Threat Intelligence" korporativ servisini təqdim edib.

"Eset" beynəlxalq antivirus şirkəti müştəriləri məqsədli hücumlar, yeni zərərli proqramlar və botnetlərin aktivliyi barədə xəbərdar etməklə təşkilatlara kibertəhlükələrə vaxtında reaksiya verməyə kömək edəcək "Threat Intelligence" korporativ servisini təqdim edib. Servis "Eset" şirkətinin dünyada 100 milyon sensor, "ESET LiveGrid" "bulud" sistemi və s. kimi məhsul və texnologiyalarına əsaslanır. Bildirilir ki, "Eset Threat Intelligence" informasiya təhlükəsizliyi şöbələri, informasiya təhlükəsizliyi xidmət tədarükçüləri və informasiya təhlükəsizliyi sahəsində konsaltinq xidmətləri göstərən şirkətlər üçün nəzərdə tutulub. Servis müştərinin şəbəkə infrastrukturunda qurulma tələb etmir və digər təhlükəsizlik vasitələri ilə tam uyğun gəlir.
Məlumata görə, yeni həll məqsədli hücumlar və virus aktivliyi barədə əvvəlcədən xəbərdarlığın edilməsini, İP ünvanlarının operativ bloklanması üçün botnetlərin izlənilməsini, şübhəli faylların avtomatik təhlilini və şirkətlərin "SIEM" sistemləri ilə inteqrasiya çərçivəsində məlumatların tədarükünü təmin edir.  

Qeyd edək ki, "IDC" analitik şirkəti 2020-ci ilədək kibercinayətkarların dünya iqtisadiyyatına 1 trilyon dollar məbləğində ziyan vuracağını proqnozlaşdırır. "ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31