Yeni güclü qasırğa sabah Amerika Birləşmiş Ştatlarına çatacaq

Mərkəzi Amerika ölkələrini təsiri altına alan "Nate" qasırğası azı 23 nəfərin ölümünə səbəb olub. 20-dən çox insan itkin düşüb.

Publika.az bildirir ki, qasırğanın səbəb olduğu şiddətli yağışlar Nikaraqua, Kosta-Rika və Hondurasda daşqınlara yol açıb. Bir neçə bina dağılıb, çoxlu sayda tikiliyə ziyan dəyib.

Hazırda Qasırğa Amerika Birləşmiş Ştatları istiqamətində irəliləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31