İraq ordusu Əl-Havica şəhərinin İŞİD-dən tam azad edib. 2 həftə əvvəl başlayan əməliyyat bu gün başa çatıb.
Məlumata görə, əməliyyat çərçivəsində ordu 98 kəndi İŞİD-dən təmizləyib, Tiqrit-Kərkük magistralı üzərinə nəzarəti bərpa edib və iki aeroportu silahlılardan azad edib. Əməliyyatda 200-ə yaxın silahlı öldürülüb.
Əl-Havica İŞİD-in əsas qərargahı hesab edilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31