Rusiya DİN-in idarə rəisi öldürülüb
Moskvada Rusiya Daxili İşlər Nazirliyinin təmir-tikinti idarəsinin rəisi Nikolay Volkov güllələnib.
28 Mart 2017 15:20 DünyaMoskvada Rusiya Daxili İşlər Nazirliyinin təmir-tikinti idarəsinin rəisi Nikolay Volkov güllələnib. Paytaxtın Osenniy küçəsində naməlum şəxslər N. Volkova hücum edərək qovluğunu əlindən alıblar və müəyyən edilməyən silahdan onun döş nahiyəsinə atəş açıblar. N. Volkov aldığı qüllə yaralarından hadisə yerində ölüb. Hadisə ilə bağlı qətl, quldurluq və qanunsuz silah dövriyyəsi maddələri ilə cinayət işi açılıb. APA.az "RİA Novosti"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31