“Telegram” zənglər funksiyasının sınaqlarına başlayıb
13 Mart 2017 19:43 Dünya"Telegram" messenceri səsli zənglər funksiyasının sınaqlarına başlayıb.
Zənglər "end-to-end" şifrləməsi ilə mühafizə olunur. İstifadəçiyə zəng edə biləcək kontaktlar siyahısını məhdudlaşdırmaq və ya tamamilə qadağan etmək mümkündür.
Məlumata görə, funksiyanı messencerin beta versiyasını quraşdıran bütün istifadəçilər sınaqdan keçirə bilər. Hazırda bunu yalnız təkrar qeydiyyatdan keçməklə xüsusi serverdə etmək olar. "ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31