“Samsung” innovativ televizorların satışına başlayır
13 Mart 2017 19:34 DünyaArtıq cari ilin yazında "Samsung" şirkəti innovativ texnologiya ilə təchiz edilmiş yeni televizorlarını satışa çıxaracaq. "Verband Deutscher Elektrotechniker" sertifikatı əsasında əminliklə söyləmək olar ki, yeni televizor rəng çalarlarının ötürülməsi üzrə 100%-lik dəqiqliyə malikdir.
Cənubi Koreya şirkətinin yeni televizorlarında yeni ekran matrisi sayəsində yüksək keyfiyyətli şəkil əlçatandır. İndi kvant nöqtələri qara rəngi çox dəqiqliklə ötürür. Metaldan hazırlanmış nanozərrəciklər rəng verilişini yüksək səviyyədə həyata keçirməyə kömək edir. Yeni televizorun parlaqlıq göstəricisi 2 min nitdir. Unikal qurğunun qiyməti haqda hələ məlumat yoxdur. "ICTnews" Elektron Xəbər Xidməti "dni24.com" saytına istinadən yazır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31