GÜCLÜ YANĞIN: Ölənlərin sayı 21-ə çatdı (YENİLƏNDİ)

Qvatemalada reabilitasiya mərkəzində baş vermiş güclü yanğın zamanı ölənlərin sayı 21 nəfərə çatıb.

Bu barədə yaralıların yerləşdirildiyi xəstəxananın rəhbərliyi məlumat yayıb.

Həkimlərin sözlərinə görə, yanıq xəsarətləri almış daha 2 yeniyetmə xəstəxanada dünyasını dəyişib. Bununla yanaşı, yaralıların da sayı 39 nəfərə qədər artıb.

***

Qvatemalanın paytaxtında reabilitasiya mərkəzində güclü yanğın baş verib.

Ailə zorakılığı qurbanları üçün fəaliyyət göstərən mərkəzdəki hadisə nəticəsində 19 uşaq ölüb.

Daha 20 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Faciənin səbəbləri hələ ki, açıqlanmır. Hadisə yerində xilasedicilər və pols işləyir. Publika.az "RİA Novosti"yə agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31