Toy mərasimində iki partlayış: Ölənlərin sayı artdı

İraqda toy mərasimi baş vermiş iki partlayışda ölənlərin sayı 30 nəfər çatıb.

Bu barədə "DPA" agentliyi təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə zamanı 26 nəfər xəsarət alıb. Təhlükəsizlik orqanlarının əməkdaşları hadisə yerini əhatəyə alıb.

İlkin məlumata görə, partlayıcı qurğunu iki kamikadze işə salıb. Yerli KİV-lərin xəbərində hadisədə 4 terrorçunun iştirak etdiyi vurğulanır.

Hələlik baş verənlərə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

***

İraqın Tikrit şəhəri yaxınlığında toy mərasimində bir-birinin ardınca iki partlayış baş verib.

Hadisə nəticəsində 23 nəfər ölüb.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Publika.az Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31