İmtahan həyəcanı tələbə qızın bədənini məhv etdi

23 yaşlı tələbə qızın vücudunda yaşadığı həyəcan səbəbiylə qırmızı ləkələr meydana gəlib. Həkimlər ilk öncə bunu qotur sansa da, həqiqət tamamilə fərqli olub.

23 yaşlı tələbə qızın vücudunda yaşadığı həyəcan səbəbiylə qırmızı ləkələr meydana gəlib. Həkimlər ilk öncə bunu qotur sansa da, həqiqət tamamilə fərqli olub.

Aberdeen Universitetinin kimya ixtisası üzrə təhsil alan 23 yaşlı Biz Vebsterin son vaxtlar qollarında kiçik ləkələr çıxmağa başlayıb. Son dörd ay ərzində kiçik ləkələr getdikcə böyüyərək bütün bədəninə yayılıb.

Bizin bir yaxınını itirməsi və verəcəyi imtahanın həyəcanı bədənində ilan qabığı kimi ləkələrin  meydana gəlməsinə səbəb olub.

Öncə qotur olaraq bildiyimiz skabiyez diaqnozu qoyulub, ancaq daha sonra sədəf xəstəliyi olduğu ortaya çıxıb.

Küçəyə belə çıxa bilməyəcək hala düşən Biz xəstəliyini bu sözlərlə izah edib:

"Səhərlər hazırlaşmaq xeyli vaxtımı alırdı. Çünki duş aldıqdan sonra bütün vücudumu nəmləndirməliydim. Həkimimin tövsiyəsiylə gündə dörd dəfə kremlənirdim".

Nəhayət, tələbə qız işıq müalicəsi sayəsində bədənindəki ləkələrdən xilas olmağı bacarıb. Müalicəsi hələ də davam edir. Milli.Az haberler-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31