Maaşını almağa gələnləri partlatdı: 49 hərbçi öldü - YENİLƏNİB
18 Dekabr 2016 16:28 Dünya16:19
Yəmənin Ədən şəhərində terror aktı baş verib.
Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində ölən hərbçilərin sayı 49-a çatıb, onlarla insan xəsarət alıb.
----------
12:58
Yəmənin Ədən şəhərində terrorçu-kamikadze partlayış törədib.
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadzenin Ədənin şimal-şərqindəki bazaya əməkhaqqı almağa gələn hərbçilərə yaxınlaşaraq üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 42 nəfər ölüb.
Çoxlu sayda yaralı var.
--------
10:25
Yəmənin Ədən şəhərində terror aktı baş verib.
Trend-in "France Press" agentliyinə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində azı 30 hərbçi həlak olub və çox saylı insan yaralanıb.
Qeyd ədək ki, bir həftə əvvəl də Ədən şəhərində terror aktı baş vermişdi. Terror aktının nəticəsində 50 nəfər həlak olmuşdu.