Maaşını ala bilmədi, kuboku oğurladı
18 Dekabr 2016 16:18 DünyaTürkiyə birinci liqasında maraqlı hadisə yaşanıb.
Publika.az goal.az-a istinadən xəbər verir ki, "Balıkesirspor"un futbolçusu Zeefuik kuboklardan birini evinə aparıb. Futbolçunun bu addımı atmasına səbəb maaşını ala bilməməsi olub. Futbolçunun klubdan götürdüyü 2 kubokun şəklini çəkərək klub rəbərliyinə: "Pulumu ödəməsəniz, kubokları qaytarmayacam" mesajı yazdığı iddia olunub.
Klubdan verilən açıqlamada fakt təsdiqlənib. Hollandiyalı futbolçu haqqında araşdırma aparıldığı, kubokun isə geri qaytarıldığı qeyd olunub. Həmçinin, uşağı xəstə olduğundan pul ala bilmədiyi üçün kuboku götürdüyü haqqında məlumatın isə doğru olmadığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31