Putin Ərdoğana başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, başsağlığı Kayseridə törədilmiş terror aktı ilə bağlıdır. Ərdoğanla əlaqə saxlayan Putin terrorizmlə mübarizədə Ankaraya dəstək olduğunu qeyd edib: "Əminəm ki, bu cinayətə cavab olaraq ekstremistlərlə daha ciddi mübarizə aparılacaq.

Putin ölənlərin ailələrinə də başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 14 hərbçi həlak olub, 56 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31