"Ermənistan növbəti dəfə fundamental insan haqlarını pozub"
15 Dekabr 2016 16:34 DünyaErmənistan tərəfinin addımları Avropa İnsan Haqları Konvensiyası ilə nəzərdə tutulan fundamental insan hüquqlarını pozur.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Moldova İctimai palatasının rəhbəri, siyasi xadim Aureliya Qriqoriu bir müddət əvvəl Ermənistan-Azərbaycan sülhməramlı platformasına qatılmış Lusine Nersisyanın həbsini şərh edərkən deyib.
A.Qriqoriunun sözlərinə görə, Ermənistan Avropa İnsan Haqları Konvensiyasının şəxsi toxunulmazlıq və ədalətli məhkəmə istintaqı barədə maddələri pozub:
"Bütün bu pozuntuları Ermənistan və Dağlıq Qarabağ separatçıları cəzasızlıq səbəbi ilə edirlər. Dünya ictimaiyyəti artıq insan haqlarını pozan və işğalçı olan bu ölkəyə qarşı təsiredici tədbirlər görməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31