Canlı yayımda ŞOK - "Üzümə uşaq yağından dolğu etdirmişəm"
Türkiyəli model Sevda Dəmirəl əməliyyat olduqdan iki gün sonra sarıqlı halıyla canlı yayıma qatılıb.
6 Dekabr 2016 19:05 DünyaTürkiyəli model Sevda Dəmirəl əməliyyat olduqdan iki gün sonra sarıqlı halıyla canlı yayıma qatılıb. Üz və bədənindəki bütün dolğunu çıxartdıran Sevda Dəmirəl canlı yayımda bu addımının səbəblərini izah edib.
"Üzümdə şişlər meydana gəldi", - deyən Dəmirəl sifətindəki geli sinirlərə yayılmadan təraşlama üsuluyla təmizlətdiyini açıqlayıb: "Sinirlərə qarışan dolğunun hamısı çıxarıla bilmir, çünki iflic qalmaq riskim var".
Dəmirəlin gözündən, üzündən və sağ sinəsindən də dolğu çıxarılıb. Hələ 19 yaşındaykən uşaq yağından istifadə edilərək dolğu etdirdiyini deyən Dəmirəlin pataloji nəticələri 10 gün sonra çıxacaq.
Artıq gözəl görünüb-görünməməyin vecinə olmadığını söyləyən Dəmirəl sağlamlığın hər şeydən vacib olduğunu deyir.