Rusiyada yol qəzasında üç nəfər ölüb, beş nəfər xəsarət alıb
Rusiyanın Voronej vilayətində 3 nəfərin ölümü, 3-u uşaq olmaqla 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Rusiya DİN-in region üzrə idarəsi məlumat yayıb. Hadisə bu gün səhər saatlarında baş verib.
6 Dekabr 2016 14:05 DünyaRusiyanın Voronej vilayətində 3 nəfərin ölümü, 3-u uşaq olmaqla 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Rusiya DİN-in region üzrə idarəsi məlumat yayıb. Hadisə bu gün səhər saatlarında baş verib.
Voronej istiqamətdə hərəkətdə olan "Ford F250" markalı avtomobilin sürücüsü ilkin ehtimala əsasən yol hərəkəti qaydalarına riayət etməyərək qarşıdan gələn avtomobillə toqquşub. Sonra "Ford F250" qarşı tərəfdən gələn daha 2 avtomobilə çırpılıb.Hadisə ilə bağlı araşdırma aparılır. Apa.az