Müdafiə naziri: "Türk əsgərlərini Əsəd öldürüb"
Biz müəyyənləşdirmişik ki, hərbçilərimizə Əsəd rejiminə məxsus təyyarə hücum edib. Lakin hazırda uçan pilotsuz aparatın harada istehsal olduğunu müəyyənləşdiririk.
6 Dekabr 2016 11:34 DünyaBiz müəyyənləşdirmişik ki, hərbçilərimizə Əsəd rejiminə məxsus təyyarə hücum edib. Lakin hazırda uçan pilotsuz aparatın harada istehsal olduğunu müəyyənləşdiririk. Bu barədə Türkiyənin müdafiə naziri Fikri İşıq bildirib.
Nazirin sözlərinə görə, hərbçilərə hücumun gerçəkləşdirildiyi qurğu "L-39 Albatros" tipli olub.
Qeyd edək ki, noyabrın 24-də saat 03:30-da Suriya rejimi tərəfindən həyata keçirilən hava hücumu nəticəsində 3 hərbi qulluqçu həlak olub, 1-i ağır olmaqla, 10 əsgər yaralanıb. Yaralılar hərbi əməliyyat zonasından çıxarılaraq Türkiyənin Qaziantep şəhərinə aparılıblar. Azvision.az