İŞİD-dən şok hədələr: yeni "təbliğat naziri" təyin olundu
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının mətbuat xidmətinin rəhbəri, "təbliğat və informasiya naziri" Məhəmməd əl Ədnani avqustun 30-da Suriyanın Hələb vilayətindəki Əl Bab şəhərində aviazərbə nəticəsində öldürülmüşdü.
6 Dekabr 2016 11:29 Dünya"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının mətbuat xidmətinin rəhbəri, "təbliğat və informasiya naziri" Məhəmməd əl Ədnani avqustun 30-da Suriyanın Hələb vilayətindəki Əl Bab şəhərində aviazərbə nəticəsində öldürülmüşdü.
Avqustdan bəri İŞİD-də bu "post" sahibsiz qalmışdı. İndisə həmin vəzifəyə təyinat var.
İŞİD "təbliğat və informasiya" naziri postuna Əbu Həssan əl Mühaciri təyin edib.
Əl Mühacir bu gün ilk bəyanatla çıxış edib.
"Rusiya, ABŞ, Avropa və İran bizi, mömin müsəlmanları məhv etməyə çalışırlar. Lakin hamı bilsin ki, biz onlara elə öz ölkələrində hücumlar edəcəyik. Eyni zamanda bütün mömin müsəlmanları Türkiyəyə hücum etməyə çağırırıq. Tərəfdarlarımız Türkiyənin hərbi, iqtisadi və mediasını hədəfə almalı, bu ölkənin müxtəlif dövlətlərdəki səfirliklərini vurmalıdır.
Düşmənlərimiz bilməlidirlər ki, onlar nə qədər çalışsalar da, Allahın məsləhət bildiyi olacaq. Dostlarımız da anlamalıdırlar ki, bizə nə qədər yardım etməyə çalışsalar da, Allahın məsləhət gördüyü əməllər olacaq.
Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, səlibçi ABŞ və Avropa, kommunist Rusiya, ayətullaların idarə etdikləri İran, satqın kürdlər, Taquta satılmış mürtəd xəyanətkarlar bizə heç nə edə bilməyəcəklər", - İŞİD-in media mərkəzi olan "əl Furqan"ın yaydığı açıqlamada deyilir.