Oskara namizəd olan filmlər

Türkiyə 1963 – cü ildən Oskar film akademiyasına filmlər təqdim edir. Sonuncu dəfə isə 2016 – cı ildə “Kalandar soğuğu” filmini namizəd vermişdilər. 53 il içərisində 23 film ilə Oskar mükafatı almaq istəyən Türk rejissorlarının  hələ ki, bu istəyi reallaşmayıb. Bu illər ərzində Oskar mükafatına təqdim olunan filmlər aşağıdakılardı.

Türkiyə 1963 - cü ildən Oskar film akademiyasına filmlər təqdim edir. Sonuncu dəfə isə 2016 - cı ildə "Kalandar soğuğu" filmini namizəd vermişdilər. 53 il içərisində 23 film ilə Oskar mükafatı almaq istəyən Türk rejissorlarının  hələ ki, bu istəyi reallaşmayıb.

Bu illər ərzində Oskar mükafatına təqdim olunan filmlər aşağıdakılardı.

"Susuz yaz" filmi 1963 - cü ildə Türkiyə tərəfindən Oskara təqdim olunan ilk filmdi.  Metin Erksanın rejissoru olduğu filmdə əsas rolları Erol Taş, Hülya Koçyiğit, Ülvi Doğan oynayıb.

1989 - cu ildə çəkilən "Uçurtmayı vurmasınlar" filminin ssenarisi Feridə Çiçəkoğlu, rejissoru Tunc Başarandı.

Piano Piano Bacaksız  filminin də rejissoru Tunc Başarandı. Əsaə rolları Rutkay Aziz, Emin Sivas, Meric Başaran və başqaları çəkilib.

1993 - cü ildə rejissor Erden Kıral tərəfindən çəkilən "Mavi Sürgün" filmi Almaniya, Yunanıstan və Türkiyənin birgə istehsaldı.

"Manisa Tarzanı" Nuray Oğuzun ssenarisi olan filmi rejissoru Orhan Oğuz olub. Film 1994 - cü ildə çəkilib.

1996 - cı ildə dram janrında çəkilən "Eşkiya" filminssenarisi və  rejissoru Yavuz Turgüldü. Əsas rolları isə Şener Şen, Uğur Yücül oynayıb.

135 dəqiqəlik film olan "Salkım Hanımchr("39")ın Taneleri"   Yılmaz Karakoyunlunun eyniadlı əsəri əsasında çəkilib. Rejissoru Tomris Giritlioğlu olan filmdə  əsas rolları Hülya Avşar, Kamran Usluer, Zuhal Olcay, Uğur Polat və başqaları oynayıb.

"Kaç Para Kaç?" filmi psixoloji, dram filmidi. Filmin rejissoru Reha Erdemdi. Əsas rollarını isə Taner Birsel, Bennu Yıldırımlar, Zuhal Gencer oynayıb. Film 1999 cu ildə Oskara təqdim olunub.

"Büyük Adam Küçük Aşk" 120 dəqiqəlik filmdi. Handan İpəkçinin rejissoru olduğu filmdə Şükran Güngör, Dilan Erçetin, Füsun Demirəl əsas rollarda çəkiliblər.

2002 - ci ildə Ümit Ünal ilk filmini - "Dokuz" çəkir. Rejissorun ilk filmi olmasına baxmayaraq, mütəxəssislər həmin ildə filmi Oskara namizəd kimi təqdim etmişdilər.

Növbəti illərdə "Uzak" (2002), "Gönül Yarası" (2005), "Dordurmam Gaymak" (2006), "Takva" (2006), "Üç Maymun"  (2008), "Güneşi Gördüm"(2009), "Bal" (2010),  "Bir Zamanlar Anadoluchr("39")da" (2011),  "Ateşin Düştüğü Yer" (2012),  "Kelebeğin Rüyası" (2013), "Kış Uykusu" (2014), "Sivas" (2015), "Kalandar Soğuğu" (2016) filmləri namizəd kimi Oskar film akademiyasına təqdim olunub.

Nigar Nigar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31