Suriyada rus tibb bacısı vuruldu
5 Dekabr 2016 16:50 Dünya
Suriyanın Hələb şəhərində Rusiya Müdafiə Nazirliyinin hərbi qulluqçusu həlak olub.
Milli.Az nazirliyin rəsmi saytına istinadən bildirir ki, həlak olan şəxs Hələb şəhərindəki mobil hospitalda xidmət edən tibb bacısıdır.
Hospitalın atəşə tutulması nəticəsində daha 2 rusiyalı hərbçi yaralanıb. Onlar da tibb işçiləridir.
Rusiyanın Müdafiə Nazirliyi olayda Suriya müxalifətini suçlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31