GUAM XİN rəhbərlərinin iclasında gündəlikdə nələr durur?
GUAM xarici işlər nazirlərinin növbəti iclası Hamburqda ATƏT-in Xarici İşlər Nazirləri Şurası (XİNŞ) çərçivəsində dekabrın 8-9-da baş tutacaq.
5 Dekabr 2016 16:28 DünyaGUAM xarici işlər nazirlərinin növbəti iclası Hamburqda ATƏT-in Xarici İşlər Nazirləri Şurası (XİNŞ) çərçivəsində dekabrın 8-9-da baş tutacaq.
Bunu təşkilatın baş katibi Altay Əfəndiyev deyib.
XİNŞ-in gündəliyinə siyasi və iqtisadi sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi, xüsusən ticarət, nəqliyyat, cinayətkarlıq və qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.
XİNŞ eləcə də GUAM-ın digər dövlət və təşkilatlarla əməkdaşlıq məsələsini müzakirə edəcək.
XİNŞ çərçivəsində "GUAM+Yaponiya" formatında iclas keçirilməsi də planlaşdırılır. Trend.az