Türkiyədən Həcc və Ümrə ziyarətlərinə gedənlər ödənişi türk lirəsi ilə edəcəklər

Türkiyədən Həcc və Ümrə ziyarətlərinə gedənlər bu gündən etibarən ödənişi türk lirəsi ilə edəcəklər.  “Report” DHA-ya istinadən xəbər verir ki, Türkiyə Dəyanət İşləri İdarəsi bununla bağlı qərar qəbul edib. 

Türkiyədən Həcc və Ümrə ziyarətlərinə gedənlər bu gündən etibarən ödənişi türk lirəsi ilə edəcəklər. 

"Report" DHA-ya istinadən xəbər verir ki, Türkiyə Dəyanət İşləri İdarəsi bununla bağlı qərar qəbul edib. 

İdarədən bildirilib ki, Həcc və Ümrə ziyarələtinin türk lirəsi ilə ödənilməsi üçün işlər tamamlanıb: "Ona görə də Türkiyə Dəyanət İşləri İdarəsi 2016-cı il dekabrın 5-dən etibarən Həcc və Ümrə ziyarətlərinin ödənişinin türk lirəsi ilə həyata keçirilməsi barədə qərar qəbul edib".

Qeyd edək ki, indiyə qədər Türkiyədən Həcc və Ümrə ziyarətlərinə yollananlar gedib-gəliş və orada qalma pulunu ABŞ dolları ilə ödəyirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31