Rusiya S-300 sistemini İrana göndərib

Rusiya S-300 havadan müdafiə sistemlərinin bütün hissələrinin İrana göndərilməsini başa çatdırıb. Bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin mətbuat katibi Hüseyn Nəqavi-Hüseyni deyib.

Onun sözlərinə görə, ləngiməyə baxmayaraq sistem artıq İrana təhvil verilib və hazırda mütəxəssislər onun texnoloji aspektlərini tədqiq edir.

Nəqavi-Hüseyni qeyd edib ki, müqavilənin icrasında ləngimələr müşahidə olunsa da, Tehran və Moskva arasında münasibətlər yüksək səviyyədədir və bu amilin mənfi təsiri qeydə alınmayacaq. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31