94 PKK terrorçusu məhv edildi
4 Dekabr 2016 19:53 DünyaTürkiyədə son 1 həftə ərzində aparılan əməliyyatlar nəticəsində 94 PKK terrorçusu öldürülüb.
Publika.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Əməliyyatlar terrorçuların saxlandığı mağaralar və keçid yollarının olduğu Hakkari rayonunun Çukurca və Şemdinli qəsəbələrində, Şırnak rayonunun Bestler-Dereler, Cudi Dağı və Beytüşşebap bölgələrində, Diyarbəkirin Lice, Bingöl Kiğı, Tunceli Hozat və Ovacık (Ali Boğazı) qəsəbələrində, Muş rayon mərkəzində, Bitlis rayonunun Hizan və Ağrı Doğubayazıt (Tendürek Dağı) bölgələrində aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31