Avstriyada prezident seçkiləri keçirilir

Bu gün Avstriyada prezident seçkilərinin ikinci turu keçirilir.  "Olaylar"  APA-ya istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 7.00-da (Bakı vaxtı ilə saat 10.00) açılıb, saat 17.00-da (Bakı vaxtı ilə 20.00) bağlanacaq.

Bu gün Avstriyada prezident seçkilərinin ikinci turu keçirilir. 

"Olaylar"  APA-ya istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 7.00-da (Bakı vaxtı ilə saat 10.00) açılıb, saat 17.00-da (Bakı vaxtı ilə 20.00) bağlanacaq.

Seçkidə prezident postu uğrunda Yaşıllar Partiyasının sabiq lideri, müstəqil namizəd Aleksander Van der Bellen  və Avstriya Azadlıq Partiyasının namizədi Norbert Xofer mübarizə aparırlar. Sosioloji sorğulara əsasən, hər iki namizədin şansı bərabərdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31