20 min sərnişin aeroportda qaldı
4 Dekabr 2016 13:33 DünyaÇinin cənub-qərbində yerləşən Sıçuan əyalətində çoxlu sayda aviareyslərin ləğvinə və gecikməsinə gətirib çıxaran güclü duman səbəbindən 20 mindən çox sərnişin Çendu şəhər aeroportunda qalıb.
Report.az- bildirir ki, "Şuanlyu" Beynəlxalq Hava Limanında bazar günü günorta saatlarınadək 49 aviareys təxirə salınıb.
Aeroportun uçma-enmə zolağı 10 saatdan çox bağlı qalıb və Bakı vaxtı ilə 07:43 radələrində məhdud fəaliyyətə başlayıb. Şənbə günü isə burada 32 reys təxirə salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31