İki mənzil yandı: 1 qadın və 3 uşaq öldülər
4 Dekabr 2016 11:22 DünyaBu gün səhər Rusiyanın Krasnoyarsk diyarının Taymır rayonunun Karaul qəsəbəsində dörd mənzilli binada yanğın baş verib.
"Olaylar" APA-ya istinadən xəbər verir ki, binanın mənzillərinin birində 27 yaşlı qadın və onun 5 yaşlı oğlunun, digər mənzildə isə 17 yaşlı yeniyetmə oğlan və onun 7 yaşlı bacısının cəsədi aşkarlanıb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31