Şimali Koreya hədələdi: "Heç kim sağ qalmayacaq"
3 Dekabr 2016 18:04 DünyaŞimali Koreya Xalq-Demokratik Respublikasında irimiqyaslı artilleriya təlimləri başlanıb.
Milli.Az bildirir ki, Cənubi Koreya ilə sərhədin yaxınlığında keçirilən təlimlərdə "Cənubi Koreyanın adalarına və paytaxt Seula zərbələr" məşq olunur.
"Müharibə başlarsa, Cənubi Koreyanın qüvvələrinə elə bir zərbə vurulacaq ki, onların cavab hərəkətlərinə iradəsi məhv olacaq, onlar yer üzündən silinəcək, heç kim və heç nə sağ qalmayacaq", - Şimali Koreyanın lideri Kim Çen In deyib.
Təlimlər BMT-nin Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalara Pxenyanın cavabıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31