Zavodda DƏHŞƏTLİ YANĞIN
3 Dekabr 2016 15:14 DünyaTürkiyənin Kocaeli şəhərinin Dilovası bölgəsində yanğın baş verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın divar kağızı istehsal edən fabrikin anbarında qeydə alınıb.
İlkin məlumata görə yanğın səbəbindən fabrikin damı çöküb. İlkin versiyaya görə, fabrikdə qaynaq edilərkən kənara sıçrayan qıvılcım yanğına səbəb olub. Yanğında ölən və ya yaralanan olmayıb.
Yanğınsöndürənlər yanğının geniş əraziyə yayılmasının qarşısını alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31