Müğənninin xəstəxanada dava görüntüləri yayıldı - VİDEO
Türkiyənin son zamanlar ən çox müzakirə edilən 16 yaşlı müğənnisi Aleyna Tilki getdiyi xəstəxana personalıyla söz davasına çıxıb.
2 Dekabr 2016 19:32 DünyaTürkiyənin son zamanlar ən çox müzakirə edilən 16 yaşlı müğənnisi Aleyna Tilki getdiyi xəstəxana personalıyla söz davasına çıxıb.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, "Cevapsız çınlama" mahnısıyla bir anda adından söz etdirən müğənni Aleyna Tilki haqqında yayılan xəbərlərə görə "od püskürüb".
16 yaşı olmasına baxmayaraq spirtli içki məclislərində səhnəyə çıxmaqla bir anda Türkiyənin gündəmini zəbt edən gənc müğənni getdiyi xəstəxanada personal və pasientlərlə arasında yaranan "söz davası"na sosial şəbəkə hesabında çox sərt reaksiya verib:
"Artıq susmayacam... Yalan xəbərlərə görə məhkəmədə iddia qaldıracam. Mən həyatımda qarışqanı belə incitmədim, qaldı ki dünən xəstəxanadakı bütün işçilərlə böyük keyflə şəkil çəkdirib, söhbət etdim. Qul haqqımı yediniz".