FETÖ-çü iş adamı həbsxanada öldü



Türkiyədə keçirilən FETÖ əməliyyatı zamanı saxlanılan tanınmış iş adamı Ünal Takmalı həbsxanada dünyasını dəyişib.

"Olaylar"  xəbər verir ki, Ünal Takmalının infarktdan öldüyü bildirilir.

Qeyd edək ki, 77 yaşlı iş adamı dövlət çevrilişinə cəhddə şübhəli bilinərək 28 iyul tarixində qardaşı ilə birlikdə həbs olunub.

O, "Uğur Derin Dondurucu"nun rəhbəri olub.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31