Boşanma üstündə daha bir FACİƏ: Arvadını, qaynanasını öldürdü

Fransada  türkiyəli vətəndaş cinayət törədib. Olaylar.az lent.az-a istinadən xəbər verir ki, Fransanın Evre, Netreville qəsəbəsində dünən səhər saatlarında cinayət hadisəsi baş verib.

Fransada  türkiyəli vətəndaş cinayət törədib.

Olaylar.az lent.az-a istinadən xəbər verir ki, Fransanın Evre, Netreville qəsəbəsində dünən səhər saatlarında cinayət hadisəsi baş verib.
Belçikadan Fransaya gələn 46 yaşlı türk vətəndaşı boşanma ərəfəsində olduğu 40 yaşındakı xanımı, 66 yaşlı qaynanasını silahla vuraraq öldürüb. 70 yaşındakı qaynatasını isə ağır yaralayıb.
Bildirilir ki, cütlüyün 3 övladı var. Hadisə uşaqlardan ikisinin gözləri önündə olub.
Cinayəti törədən şəxs polisə təslim olub. İstintaq aparılır. Hadisənin tərəflər arasında anlaşılmazlıqdan dolayı yaşandığı deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31