Vaşinqton riskli addımlara start verir

Birləşmiş Ştatların daxili və xarici siyasətində dönüş baş verəcəkmi? Hazırda bütün dünya dövlətləri Donald Tramp erasına hazırlaşır desək, yanılmarıq. Çünki amerikalıların belə proqnoz edə bilmədiyi halda Donald Trampın Ağ Ev rəhbəri seçilməsi “demokratlarla yola davam” ideya və arzusu ilə yaşayan Vaşinqtona yaxın dövlətləri indi bəzi addımlar atmaq məcburiyyətində qoyub. Çünki Trampın seçki kampaniyası ərəfəsində ortaya qoyduğu platforma nəinki Birləşmiş Ştatların müttəfiqləri, hətta düşmənləri tərəfindən ciddiyə alınmırdı.

Birləşmiş Ştatların daxili və xarici siyasətində dönüş baş verəcəkmi?

Hazırda bütün dünya dövlətləri Donald Tramp erasına hazırlaşır desək, yanılmarıq. Çünki amerikalıların belə proqnoz edə bilmədiyi halda Donald Trampın Ağ Ev rəhbəri seçilməsi "demokratlarla yola davam" ideya və arzusu ilə yaşayan Vaşinqtona yaxın dövlətləri indi bəzi addımlar atmaq məcburiyyətində qoyub. Çünki Trampın seçki kampaniyası ərəfəsində ortaya qoyduğu platforma nəinki Birləşmiş Ştatların müttəfiqləri, hətta düşmənləri tərəfindən ciddiyə alınmırdı.

Dövrümüzün "Qordi düyünü"

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay da deyir ki, Birləşmiş Ştatlarda seçki gününə qədər bütün diqqətlər o dərəcədə arxayınlıqla demokratların namizədi Hillari Klintonun üzərinə yönəlmişdi ki, Donald Trampa qeyri-ciddi yanaşılmaqla, onun nə prezidentlik proqramı, nə də siyasi, iqtisadi, şəxsi həyatına və s. fikir verilmirdi. Hüquqşünas bildirib ki, Donald Trampın şok qələbəsindən sonra, analitiklər və araşdırmaçılar təzədən əl-ayağa düşüb və onun şəxsi keyfiyyətləri, seçicilərə söz verdiyi məqsədlərini "ortaya çıxarmağa" başlayıblar: "Halbuku, sən demə, Donald Trampda diqqətçəkən və ciddi görünən məqamlar yox deyilmiş. Amerika xalqı bütün dünyaya (hamımıza) çağırış edib başa saldı ki, oturub "Niyə, Hillari xanım uduzdu?!" məyusluğunu çəkməkdənsə, "Niyə, Donald bəy uddu?!" - vacib ictimai əhəmiyyətli sualın ətrafında düşünmək lazımdır". İlqar Altayın sözlərinə görə, hazırda dəbdə olan sözlər budur ki, kimin prezident seçilməsindən asılı olmayaraq Birləşmiş Ştatların siyasəti dəyişmir: "Birləşmiş Ştatlar siyasətini bu ölkənin prezidentləri müəyyən etmir, bunu ümumi ictimai-siyasi sistem edir və s... Gülməli qədər absurd yanaşmalardır. Elədirsə və belə əhəmiyyətsizdirsə, prezident, onun adminstrasiyası, bütün bu seçkilər və onun ətrafındakı gərgin qovğalar nə üçündür?" İctimai Tədqiqatlar Mərkəzinin sədri yeni Ağ Ev rəhbəri Donald Trampın prezidentliyinin ilk 100 günü ərzində Birləşmiş Ştatların daxili və xarici siyasətində aparacağı radikal və qətiyyətli dəyişikliklər paketi, orada yer alan bəzi maraqlı məqamlara da diqqət çəkib: "Maraqlı məqamlardan biri Vaşinqtonun dövlət idarəçiliyində "təmizlənmə" aparılması barədədir. Yəni konqresmenlərin müddət sayına limit qoyulması nəzərdə tutulur. Məsələn, konqresmen 2 dəfədən artıq seçilə bilməz. Yaxud istefaya çıxmış Ağ Ev əməkdaşları və konqresmenlərin hər hansı tərəfə lobbiçiliyinə 5 il müddətinə, o cümlədən Ağ Ev əməkdaşlarının başqa ölkələrin maraqları üçün lobbiçilik etməsinə isə ömürlük qadağa planlaşdırılır. Büdçə təşkilatları və işçiləri sayının artırılmasına qadağa isə Amerika işçilərinin müdafiəsini özündə ehtiva edir". İlqar Altay deyir ki, - Birləşmiş Ştatların NAFTA (Kanada-ABŞ-Meksika) və Sakit Okean hövzəsi TPP azad ticarət müqavilələrindən birtərəfli çıxması barədə fikirlər də kifayət qədər diqqət yetirilməli olan məsələdir: "Çin dövlətinin "valyuta manipulyatoru" elan edilməsi, beynəlxalq müqavilələrdəki ABŞ fəhlə-əməkdaşlarına ziyanlı olan bütün məqamların aşkarlanıb ləğv olunması, 50 trilyon dəyərində ABŞ enerji daşıyıcılarının hasilatına (neft, qaz və kömür) olan məhdudiyyətin, yeni iş yerləri açılması ilə paralel götürülməsi, BMT-nin iqlim dəyişikliyi proqramına

çoxmilyardlı ödənişin ləğvi, vəsaitin Birləşmiş Ştatların su infrakstrukturu və ətraf mühitinə yönəldilməsi kimi fikirlər seçki gününə qədər Trampı qeyri-ciddi hesab edənlər tərəfindən dərindən təhlil edilməkdədir. Qeyd edim ki, 50 trilyon dəyərində ABŞ enerji daşıyıcılarının hasilatına olan məhdudiyyətin, yeni iş yerləri açılması ilə paralel götürülməsi neft ixrac edən ölkələr üçün yaxşı heç nə vəd etmir. Çünki bununla dünya bazarında neftin qiyməti 8 dollara qədər düşə bilər". Hüquqşünas deyib ki, Trampın təhlükəsizlik və qanunun aliliyi barədə nəzərdə tutduğu islahatlar da diqqətçəkicidir. Onun sözlərinə görə, bu sıraya Barak Obamanın bütün konsitusiyadankənar qərar, memorandum və əmrlərini ləğv etmək, qeyri-leqal emiqrantları təqib etməyən Nyu-York, Vaşinqton, Çikaqo və s. kimi şəhərlərin federal maliyyələşdirilməsini dayandırmaq, 2 milyondan çox qanunları pozmuş miqrantların deportasiyası və onları geriyə qəbul etməyən ölkələrə ümumiyyətlə viza qadağası, terroristlərin təsir dairəsi güclü olan bütün ölkələrdən miqrant qəbulunun dayandırılması, ölkəyə bütün gələnlərin ciddi nəzarətdən keçirilməsi kimi addımlar daxildir. Donald Tramp eləcə də, daxili və xarici təhlükəsizliyin gücləndirilməsinə və hərbi büdcənin artırılmasına yönəlik ayrıca qanunların qəbuluna söz verib. Göründüyü kimi, Donald Trampın səsləndirdiyi proqram böyük və ağır bir dövlət üçün risqli qədər fərqli, dönüşlü bir proqramdır. Xalq da görünür ki, uzun müddət yorucu idarəçilikdən sonra fərq və yenilik istəyib. Və Trampın būtūn mənfilik və qəribəlikləri içərisində mūsbət çalarlar axtarıb. Hər halda qarşıdakı müddətdə bütün bunlar bəlli olacaq. İndi daha çox diqqət çəkən məqam Vaşinqtonun müttəfiqlərinin bunu necə qarşılayacağı ilə bağlıdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31