Ana və iki körpəsi gözətçi otağında yanaraq öldülər
13 Noyabr 2016 11:41 DünyaRusiyada ana və iki azyaşlı övladı gözətçi otağında yanğın zamanı ölüb.
"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, bu gün İstintaq Komitəsinə Moskva yaxınlığındakı Mıtişşi qəsəbəsində yanğın zamanı ana və iki uşağın ölməsi barədə məlumat daxil olub.
Hadisə Mıtişşi Veteranları Assosiasiyasının bağındakı gözətçi otağında baş verib. Yanğın zamanı 33 yaşlı ana və iki azyaşlı uşağı həyatını itirib.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31