Məktəbin 100 metrliyində neft borusu partlayıb

Kolumbiyada "Milli Azadlıq Ordusu"ndan olan üsyançılar Narinyo departamentində Transand neft borusunu partladıblar.

Publika.az xəbər verir ki, partlayış Rikaurte şəhərciyində, orta məktəbdən 100 metr aralıdan keçən neft borusunda törədilib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Partlayış nəticəsində neft əraziyə axaraq, Quis çayının məcrasınadək çatıb.

"Ecopetrol" dövlət neft şirkətinin əməkdaşları çirklənmənin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31